Astara şəhər Uşaq musiqi məktəbinə Azərbaycan musiqi sənətinin inkişafında mühüm xidmətləri olan tanınmış bəstəkar, Xalq artisti Oqtay Kazıminin adı verilib. Bununla bağlı 19 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov tərəfindən müvafiq sərəncam imzalanıb.

Sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”nin müvafiq bəndinə əsasən verilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Astara Rayon İcra Hakimiyyətinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva görkəmli bəstəkar Oqtay Kazıminin adının dog­̆ulduğu Astara şəhərində əbədiləşdirilməsinin məmnunluq doğurduğunu bildirib. Deputatın sözlərinə görə, bu məsələ ilə bağlı Astara rayonunun bir qrup ziyalısı adından Mədəniyyət komitəsinə müraciət olunmuşdu. “Milli Məclisin Astara rayonundan seçilmiş deputatı Rəs­̧ad Mahmudovla birlikdə məsələni müzakirə etdikdən sonra baxılması üçün Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova müraciət etdik. Müraciət öz müsbət həllini tapdı”, - deyə Q.Paşayeva qeyd edib.

Xalq artistinin adını das­̧ıyacaq məktəbin şagirdlərinə uğurlar arzulayan Q.Paşayeva Baş Nazir Əli Əsədova Mədəniyyət komitəsinin və Astara rayon ziyalılarının adından təşəkkürünü bildirib.