Azərbaycanın tanınmış dizayneri Gülnarə Xəlilovanın “Qarabağ” adlı milli geyim kolleksiyası dünya brendləri ilə birlikdə İDFW (İnternational Digital Fashion Week) ABŞ-da birinci rəqəmsal Dəb həftəsində təqdim olunacaq.

Dəb həftəsinin açılışı sentyabrın 5-də 75 ölkədən olan təmsilçilərin iştirakı ilə baş tutacaq.

G.Xəlilova deyib: “Yeni həyat formatı yeni perspektivlər açır. “İnternational Digital Fashion Week” Amerikanın, Avropanın və Asiyanın dəb dünyasını birləşdirən məkandır. Layihədə tanınmış dizaynerlər iştirak edəcəklər və dünya brendlərinin kolleksiyaları təqdim olunacaq. Azərbaycanı bu cür əhəmiyyətli beynəlxalq layihədə təmsil etmək mənim üçün böyük şərəfdir”.

Koronavirus pandemiyası ilə əlaqədar layihə onlayn təqdim olunacaq. İDFW Dəb həftəsi bütün dünya üzrə milyonlarla tamaşaçının baxdığı FNL telekanalı və tətbiqi (https://linktr.ee/fnlnetwork) vasitəsilə yayımlanacaq.