“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində növbəti ustad dərsi keçirilib. Rəssam Fəxrəddin Qəhrəmanlının suluboya (akvarel) sənəti ilə bağlı ustad dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə avqustun 28-də gerçəkləşib.

“Zoom” proqramı üzərindən yayımlanan dərsi sənətsevərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (“Facebook”, “Instagram”) hesabları vasitəsilə də izləyiblər.

Qeyd edək ki, “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalı Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində keçirilir.

Festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiətini, tarixi abidələrini, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə təşkil edilib.