Sentyabrın 3-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda görkəmli filosof Ziyəddin Göyüşovun anadan olmasının 100 illiyinə həsr edilmiş onlayn konfrans keçiriləcək. Bu barədə institutdan bildirilib.

Ziyəddin Göyüşov Azərbaycanda ilk çoxcildli ensiklopediyanın yaradılmasında fəal iştirak edib, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olub.

Alim Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemləri ilə məşğul olub və bu sahədə elmi istiqamət yaradıb. Azərbaycan fəlsəfə tarixi və etikaya dair dəyərli əsərlərin müəllifidir.

Onun çoxsaylı əsərlərində əxlaq tərbiyəsinin ən mühüm problemlərindən biri – insanın özünüdərketməsi problemi tədqiq olunub.