Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb.

Ali təhsil müəssisələrinin 21 xüsusi qabiliyyət tələb edən ixtisasına qəbul üçün qabiliyyət imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

Bakı və Naxçıvan şəhərlərində təşkil olunan xüsusi qabiliyyət imtahanları təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti və memarlıq istiqamətləri üzrə keçirilir.

Ümumi orta və tam orta təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün təsviri sənət istiqaməti üzrə abituriyentlərin çəkdikləri işlərin fotoları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

DİM-dən bildirilib ki, qabiliyyət imtahanlarında abituriyentlər rəsm və rəngkarlıq fənlərindən verilmiş mövzular üzrə tapşırıqları yerinə yetiriblər.

Abituriyentlərin əl işlərinə bu linkdən baxmaq olar:

http://dim.gov.az/news/5660/