Qəsəbə mədəni turizm məkanına çevrilir

Paytaxtın tarixi yaşayış məntəqələrindən olan Balaxanıda son zamanlar həyata keçirilən genişmiqyaslı abadıq işləri qəsəbənin simasını inanılmaz dərəcədə dəyişib. XIX əsrin ikinci yarısında Bakının neft şəhəri kimi dünyaya tanıdılmasında xüsusi rolu olan və uzun illər bunun ağır ekoloji mirasını daşıyan Balaxanı indi tarixin çirk-pasından təmizlənərək mədəni turizm məkanına çevrilir.

Tarixi-mədəni abidələrlə zəngin olan qəsəbədə turizm yönümlü sahibkarlığın, sənətkarlıq üzrə xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, ticarət üzrə suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı və digər sahələri təşviq etmək üçün geniş imkanlar yaradılır.