F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən həyata keçirilən “Günəşdən gələn pay” adlı layihənin növbəti mövzusu uşaq ədəbiyyatımızın “xanım anası” yazıçı, şairə Xanımana Əlibəylinin 100 illiyinə həsr edilib.

Layihənin əsas məqsədi, oxucuları sevilən şair və yazıçıların həyat və yaradıcılıqları ilə sosial şəbəkələr vasitəsilə yaxından tanış etməkdir.

Uşaqların nağıl qəhrəmanlarını tanıması və teatrlarda canlı izləməsi onların təfəkkürünün inkişafında və dünyagörüşlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Səhnədə personajlarla birgə həyəcan keçirərək uşaqlar rolları onlarla birgə yaşayır və həyati vəziyyətlər onların şüurunda həkk olunur.

Kitabxananın əməkdaşları Xanımana Əlibəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Yazıçının “Dovşanın ad günü” pyesindən kiçik bir səhnə təqdim edilib.

Qeyd edək ki, layihə kitabxananın “Facebook”, “İnstagram”, “Twitter”sosial şəbəkələri, “Youtube” kanalı və kitabxananın internet ünvanı vasitəsilə təqdim edilir.