“Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir”

“Bildiyimə görə, siz artıq iki həftədən çoxdur ki, ölkəmizdəsiniz. Lakin Azərbaycan dilini artıq müəyyən qədər öyrənmisiniz. Ona görə də bizim dilimizdə müraciətinizə görə minnətdaram. Ümidvaram ki, şəhərimizlə tanış olmaq üçün vaxtınız olub. Ümid edirəm ki, Azərbaycandakı fəaliyyətiniz ərzində ölkəmizi səyahət etmək imkanınız olacaq. AzərbaycanlaYunanıstanıniqlimi çoxoxşardır. Düşünürəmki, iqlimlə bağlı vəziyyətsizə tanış gələcək. Beləliklə, siz özünüzü Azərbaycandarahathissedəcəksiniz”.

Prezident İlham Əliyevbusözlərisentyabrın 2-də Yunanıstanın ölkəmizdə yenitəyinolunmuş fövqəladə və səlahiyyətlisəfiriNikolaosPiperiqkosunetimadnaməsiniqəbuledərkəndeyib.

Dövlətbaşçısı ümidvarolduğunubildiribki, yenisəfirinAzərbaycandafəaliyyətiərzində iki ölkəninəməkdaşlıqsahələriaşkarediləcəkvə budadiqqətipraktikiməsələlər üzərində cəmləşdirməyə imkanverəcək: “Açığını desək, düşünürəmki, sonbirneçə ilaramızda çoxaşağı səviyyədə əməkdaşlıqilləriolub. Əvvəlkivaxtlardabizimdahafəaltəmaslarımızolub. Bildiyinizkimi, mənsizin ölkənizə rəsmisəfəretmişəm, YunanıstanınikiprezidentiAzərbaycandarəsmisəfərdə olub, Baş Nazirsəfərdə olub. LakinYunanıstanınəvvəlkihökumətihakimiyyətə gələndənsonrabutəmaslardayanıbvə bu, Yunanıstanhökumətinintəşəbbüsü olub. Beləliklə, hazırdabizimfaktikiolaraqaktivtəmaslarımız, nümayəndə heyətlərininmübadiləsiyoxdur. Bizimgələcəkdə əməkdaşlığımızı necə planlaşdırmaqbarədə düşünməyə ehtiyacımızvar”.

Prezidentdahasonradeyib: “Cənabsəfir, mənsizinlə açıqdanışacağam. Sözsüzki, diplomatların özlərinə məxsus ünsiyyət üslubuolur. Məndiplomatlarhazırlayaninstitutdatəhsilalmışam. Onagörə də məndiplomatikdilinnə olduğunubilirəm. Lakinzənnimcə, yaxşı olarki, haradaolduğumuz, nə istədiyimizvə necə irəligetməyimizlə bağlı aydınanlayışasahibolmaq üçünbir-birimizinmövqelərimizibilək.

Düşünürəmki, əməkdaşlığımızamənfitəsirgöstərənbirneçə məsələ olub. OnlardanbiriYunanıstanınqaz şirkəti “DESFA” ilə əlaqədardır. Deyə bilərəmki, bizimenerji şirkətimizSOCARYunanıstanhökumətininmüraciətiəsasında “DESFA”nı almaq üçüntenderə qoşuldu. SOCAR-ıntenderprosedurundaiştiraketməsiniYunanıstanınsabiqBaş NaziricənabSamaras şəxsənməndənxahiş etdi. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və “DESFA”ya sahib olmaq hüququnu qazandı. Bu, bizim Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bu, təxminən 6 il bundan əvvəl olub. Həmin vaxt əlbəttə ki, biz Azərbaycanla Avropa arasında bağlantı inşa etməyi, sadəcə olaraq, planlaşdırırdıq və düşündük ki, əgər Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. İstənilən halda biz qiymətin 10 faizini təşkil edən 40 milyon avro məbləğində avans ödənişi etdik və 4 il ərzində –  2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar olsun ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi”.

Xatırladaq ki, 2015-ci ilin yanvarından 2019-cu ilin iyulunadək Yunanıstanda Aleksis Siprasın lideri olduğu sol təmayüllü SİRİZA Partiyası hakimiyyətdə olub.

Prezident vurğulayıb ki, siyasi səbəblərdən, Yunanıstanın hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən SOCAR-ın bu hüquqdan məhrum olması bizim artıq aşağı səviyyədə olan əlaqələrimizə ciddi təsir etdi: “Lakin ondan sonra, açığını desək, biz qərara gəldik ki, əgər Yunanıstan hökuməti bizə belə münasibət göstərirsə, biz də necə cavab verəcəyimiz barədə düşünməliyik. Bizim cavabımız faktiki olaraq heç nə etməmək idi. Biz heç bir demarş etmədik. Biz heç bir diplomatik addım atmadıq. Biz, sadəcə olaraq, dedik yaxşı, əgər onlar bizi istəmirlərsə, əgər başqa şirkətlərin “DESFA”nın səhmdarları olmasına üstünlük verirlərsə, bu, onların hüququdur, biz bununla bağlı heç nə edə bilmərik”.

Dövlət başçısı bu məsələni  bir neçə dəfə Brüsseldə Avropa İttifaqının rəhbərləri ilə görüşdə də qaldırdığını deyib: “Mən dedim ki, baxın, biz etimaddan danışırıq, biz Avropa İttifaqı ilə Azərbaycan arasında Avropa İttifaqının fəal şəkildə təbliğ etdiyi yeni saziş barədə danışırıq. Biz etimadı necə gücləndirə bilərik, əgər bizim şirkətimiz tenderdə qalib gələrək Avropa İttifaqına üzv ölkənin, Yunanıstanın şirkətini satın alır, sonra Yunanıstan hökuməti addımlar atır. Bu addım sizin parlamentdə yeni qanunun qəbulu sayəsində atıldı. Bu da həmin məsələni mümkünsüz etdi və sonra Avropa Komissiyası da 4 il ərzində bu sövdələşməni təsdiq etmədi. Mən dedim, bizə “yox” deyin, bizə “sizi istəmirik” deyin. Lakin bizi 4 il müddətində bu vəziyyətdə saxlamaq tərəfdaşlıq əlaməti deyil.

Beləliklə, bu, çox məyusedici məsələ idi və əlbəttə ki, düşünürəm, bizim əlaqələrimizə ciddi təsir etdi. Lakin yenə də deyirəm, bu, Azərbaycanın təşəbbüsü deyildi. Azərbaycan hər zaman əlaqələrin inkişafını dəstəkləyib”.

Prezident Yunanıstan səfiri ilə görüşdə daha iki məsələni diqqətə çatdırıb: “Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Yeri gəlmişkən, iki il əvvəl Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq prioritetləri” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir”.

Dövlət başçısı iyul ayında Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribat barədə danışaraq bildirib ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur: “Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb”.

“Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir”, – deyə Prezident İlham Əliyev fikrinə davam edib.

Prezident vurğulayıb ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir: “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

“Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik. Lakin əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq”,  – deyə Prezident İlham Əliyev bildirib.

Səfir Nikolaos Piperiqkos Prezident İlham Əliyevə Yunanıstan-Azərbaycan münasibətlərinin vəziyyəti ilə bağlı qeydlərə görə təşəkkürünü bildirərək deyib ki, ötən il ölkəsində hökumət dəyişib və yeni hökumət Azərbaycanla münasibətlərdə daha yaxşı yolları tapmaq məqsədilə zəruri olanı edəcək. Diplomat Azərbaycan rəhbərinin qeydlərini ölkəsinin hökumətinə çatdıracağını bildirib: “Həmçinin qeyd etmək istəyirəm ki, bizim fikrimizcə, sizin ölkəniz və bizim ölkəmiz üçtərəfli və ikitərəfli əməkdaşlıq aparan çox maraqlı ölkələrdir... Düşünürəm ki, yeni hökumətimizə Sizin hökumətinizlə münasibətlərimizi yaxşılaşdırmağa imkan tapmaq üçün vaxt verildiyini nəzərə alaraq əməkdaşlığımızın gələcəyi daha yaxşı ola bilər”.