“Xəzərin dalğaları” birinci Bakı Beynəlxalq Sulu boya Festivalı çərçivəsində növbəti ustad dərsləri keçiriləcək.

Azərbaycan Dövlət Rəsm Qalereyasından bildirilib ki, akvarel sənəti üzrə ustad dərslərinin budəfəki qonağı rəssam İlham Məhərrəmoğlu olacaq. Maraqlananlar dərsi sentyabrın 11-də (saat 12:00) Xətai Sənət Mərkəzinin sosial media hesabları (“Facebook” - Xetaisenetmerkezi, “İnstagram” -@xetaisenetmerkezi) üzərindən canlı yayımla, həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasının www.azgallery.az və Xətai Sənət Mərkəzinin www.xsm.az saytı vasitəsilə izləyə bilərlər.

“Xəzərin dalğaları” festivalı sulu boya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, təsviri sənətin bu istiqamətində çalışan yerli və xarici rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyəti, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə həyata keçirilir.