İçərişəhərdə XIV əsrə aid qədim “Multani” karvansarasında bərpa-konservasiya işlərinə başlanılıb.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, bərpa-konservasiya işləri Avstriyanın tarixi abidələrin bərpası işi üzrə ixtisaslaşmış “Atelier Erich Pummer” şirkətinin mütəxəssisləri tərəfindən aparılır. Qeyd edək ki, Avstriya şirkəti son 10 il ərzində İçərişəhərdə bir çox mühüm abidələrdə (o cümlədən Qız qalası, Şirvanşahlar sarayı kompleksi, Bəylər məscidi, Qoşa Qala qapılarının portalı, Qala divarları, Yeraltı hamam və s.) müasir bərpa-konservasiya texnologiyalarından istifadə ilə işlər aparıb.

“Multani” karvansarasında bərpa işlərinin 2022-ci ilin sonunda tamamlanması nəzərdə tutulur.