AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi sentyabrın 7-dən yenidən ziyarətçilər üçün açıqdır.

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, karantin günlərində muzeyə giriş Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçiriləcək.

Milli Azərbaycan Tarixi Muzeyində eyni tarixdən faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə tərtib olunmuş sərgi ilə də tanış olmaq olar.

Muzey şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 10:00-dan 17:00-dək işləyir.