Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) başlatdığı “Hər günə bir şeir” layihəsi çərçivəsində keçirilən müsabiqəyə respublikamızın bəzi bölgələrindən də poeziya həvəskarları qoşulurlar.

Qax, Şəki və digər rayonlardan olan iştirakçılar tərəfindən Fikrət Qocanın “Məhəbbət”, Musa Yaqubun “Öyrətmə özünə, öyrətmə məni” və başqa şeirlər qiraət olunub.

Sentyabrın 15-dək nəzərdə tutulan müsabiqədə məktəbyaşlı və yuxarı yaş qruplarına daxil olan həvəskar qiraətçilər iştirak edə bilərlər. Şərtlərə görə, hər yaş qrupu üzrə I, II və III yerlərin qalibləri müəyyən olunaraq mükafatlandırılacaq.

Müsabiqənin məqsədi ədəbiyyata, yazarlarımıza, poeziyaya sevgi hisslərini aşılamaq, istedadlı oxucuları üzə çıxarmaqdan ibarətdir.