UNESCO Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 4 abidəsinin Dünya irs siyahısına daxil edilməsini müzakirə edəcək. UNESCO-nun siyahısına daxil edilməsi təklif olunan tarixi abidələr Fuceyradakı Əl Bidyə məscidi, Əbu-Dabidə Ümm ən-Nar adasında yerləşən qədim tikililər və Dubayı iki yerə bölən “Dubai Greek” təbii dəniz ayrıcıdır.

Bundan əvvəl Rəs Əl Xaymada yerləşən Əl Dayah qalası UNESCO-nun siyahısına daxil edilib. Bu tarixi kompleksə həmin ərazidə yerləşən Culfar yaşayış məskəni, Qırmızı adadakı “İnci Ticarət” şəhəri, Əl Şamal və Əl Dayah qədim tikililəri daxildir.

BƏƏ-nin Mədəniyyət və Gənclər naziri Nura Əl Kəbi bildirib ki, körfəzin bu unikal tarixi abidələrinin UNESCO-nun siyahısına daxil edilməsi 5 min il tarixi olan yerli mədəniyyətin mühafizəsi və təbliği baxımından əhəmiyyətlidir. O əlavə edib ki, indiyədək 9 tarixi abidə həmin siyahıya salınıb və yenilərinin əlavə edilməsi istiqamətində UNESCO-nun müvafiq komissiyası ilə birgə iş aparılır.

CAVİD