Təhsil sahəsində ixtisaslaşan “Education HUB”un təşkilatçılığı və MitOst Assosiasiyasının dəstəyi ilə gənclər üçün “Layihələrin idarə olunması” mövzusunda təlimlər keçirilib.

“İnkişaf zamanı” proqramı çərçivəsində “İncəsənət sosial inkişafda vasitə kimi” mövzusunda keçirilən onlayn təlimlərə Azərbaycanın müxtəlif bölgələrindən gənclər qatılıblar.

Təlim zamanı gənclər layihə idarəçiliyinin əsaslarını öyrənərək büdcə, effektiv kommunikasiya, iş bölgüsü, fandreyzinq, hədəf qrupları ilə iş, vaxtın idarə olunması və s. mövzulara dair biliklər əldə ediblər. Qeyri-formal təhsil vasitələrindən istifadə etməklə öyrənilən məlumatlar praktiki sessiyalarla davam edib. Eyni zamanda gənclərin təşəbbüslərinə dəstək vermək üçün mentorlar qrupu formalaşdırılıb və onlara üç gün ərzində müvafiq təlimlər keçirilib.

Proqram çərçivəsində iştirakçılar incəsənət vasitələrindən istifadə etməklə yeni təşəbbüslər reallaşdıracaqlar.