Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 10-na olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37 874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35 269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib, aktiv xəstə sayı 2049 nəfərdir.

Ölkədə son sutka ərzində 7290, hazırkı dövrədək isə 988 268 test aparılıb.

Avqustun 5-dən başlayaraq gündəlik yoluxma sayı ümumən sabitləşərək 100-200 arasında dəyişir, ayrı-ayrı günlərdə dinamika (yeni yoluxma və sağalma nisbətində) müsbət, bəzi günlərdə mənfi olur. Bu müddətdə ən çox yoluxma sayı sentyabrın 9-da (175 nəfər) qeydə alınıb.