Sentyabrın 9-da Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 54-cü ildönümü münasibətilə videokonfrans keçirilib.

Konfransı giriş sözü ilə açan qoruğun direktoru Vüqar İsayev Qobustan abidələrinin kəşfi, burada aparılan qazıntı işləri, abidənin qorunması, saxlanması və təbliği istiqamətində görülən işlərdən danışıb. O, Qobustanı xalqımızın dünəni, bu günü və gələcəyə əmanəti adlandıraraq qoruq əməkdaşlarının bu irsin qorunub saxlanılması və təbliğində mühüm məsuliyyətini dərk etdiyini vurğulayıb. Ulu əcdadlarımızın yadigarı olan bu abidə vasitəsilə ölkəmizin dünya miqyasında təmsil olunması işinin layiqincə davam etdiriləcəyi diqqətə çatdırılıb.

Qoruğun Elmi ekspozisiya şöbəsinin aparıcı elmi işçisi Sevinc Şirinli Qobustanda aparılan elmi tədqiqat işləri, yeni layihələr barədə məlumat verib.

Fariz HÜSEYNLİ