Azərbaycan Televiziyasında yeni mövsümdə yayımlanacaq layihələrdən biri “Əsrlər, nəsillər” verilişi olacaq. Telekanaldan bildirilib ki, proqram tanınmış tarixçi Fuad Axundovun təqdimatında efirə gedəcək.

“Əsrlər, nəsillər”də Azərbaycanın tarixi şəxsiyyətləri, tarixi əhəmiyyətli abidələr, qədim məkanlar barədə araşdırmalar aparılacaq, qatı açılmamış sirlərdən bəhs ediləcək.

Verilişdə tamaşaçılar Odlar yurdunun qədim tarixinə səyahət edə, o dövrlərin ab-havasına köklənə biləcəklər.

Fuad Axundov layihə ilə bağlı danışarkən qeyd edib ki, verilişdə Bakıda, eləcə də  Azərbaycanın müxtəlif yerlərində olan tarixi məkanlar və abidələr barədə söz açılacaq.