İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsinin 20-ci ildönümü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən silsilə tədbir və layihələr davam etdirilir.

“İçərişəhər” DTMQİ ilə Almaniyanın “EKM” Global Consulting GmbH” şirkəti arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu idarənin aparat rəhbəri Read Qasımov və şirkətin rəhbəri Elşən Musayev imzalayıblar.

Qoruq idarəsindən  bildirilib ki, əməkdaşlıq memorandumu əsasında reallaşdırılacaq layihə çərçivəsində XII-XV əsrlərə aid Şirvanşahlar sarayı 360 dərəcəli 3D virtual görüntüsü yaradılaraq təqdim olunacaq.

“EKM” Global Consulting GMbH şirkəti tərəfindən bu il 18 may – Beynəlxalq muzeylər günü ilə əlaqədar Qız qalası və Bəylər məscidi tarixi-memarlıq abidələrinin virtual turları hazırlanaraq təqdim edilmişdi.