Parisin 15-ci rayonunda ənənəvi “Assosiasiyalar Forumu” adlı mədəniyyət tədbiri keçirilib. Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) forumda ölkəmizi təmsil edib.
Sentyabrın 12-də təşkil olunan ənənəvi mədəniyyət tədbirində Fransada fəaliyyət göstərən müxtəlif assosiasiyalar iştirak ediblər.
ADFA-nın stendində ziyarətçilərə Azərbaycan tarixi və mədəniyyətinə dair kitablar, mədəniyyətimizi əks etdirən milli əşyalar, geyimlər, eləcə də milli şirniyyatlarımız təqdim olunub. Stendi ziyarət edənlərə ADFA-nın fəaliyyəti, eləcə də tariximiz və mədəniyyətimiz haqqında məlumat verilib.
Assosiasiyaların fəaliyyəti ilə maraqlanan Parisin 15-ci rayonunun meri Filip Qujon ADFA-nın stendi ilə də tanış olub. Merə Azərbaycan haqqında, tarix və mədəniyyətimizə dair kitablar hədiyyə edilib.