Yaponiyanın qrafik proqram təminatı şirkəti “Celsys” rəssamlar arasında “Beynəlxalq illüstrasiya 2020” müsabiqəsi elan edib.

Müsabiqə şirkətin “Clip Studio Paint for Galaxy” proqramının istifadəyə verilməsi münasibətilə keçirilir.

Müsabiqəyə ənənəvi və qrafik illüstrasiyalar təqdim edilə bilər. Rəqəmsal işlərin yaradılması üçün istifadə edilən proqram təminatında isə heç bir limit yoxdur.

İştirakçılar öz işlərini “Twitter”, “Facebook” və “İnstagram” sosial şəbəkələrində müsabiqənin həştəqindən istifadə edərək təqdim edə bilərlər.

Birinci yerin qalibi 10 min dollar qazanacaq.

Müsabiqə barədə ətraflı məlumat aşağıdakı linkdə:

https://www.clipstudio.net/en/galaxy/