M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Kitabxanalarda hüquqi informasiyaya olan tələbatın ödənilməsi” adlı metodik vəsait hazırlanıb.

Kitabxanadan bildirilib ki, metodik vəsaitdə kitabxanada hüquq üzrə ədəbiyyatın təbliği ilə bağlı tövsiyələr verilib, oxucuların hüquqi informasiyaya olan tələbatının ödənilməsinə kömək məqsədilə keçiriləcək tədbirlərdən bəhs olunub.

Metodik vəsaitlə elektron formatda kitabxananın saytında bu linkdə tanış olmaq olar: http://anl.az/down/Kitabxanalarda.huquqi.informasiyaya.olan.telebatin.odenilmesi.pdf