“Azərbaycanın dövlətinə, Prezidentinə, Ordusuna və xalqına ürəkdən inanır və dəstək veririk”.
Bu fikir Türkiyənin 73 qeyri-hökumət təşkilatının (Anadolu Avrasiya Qazi və Şəhid Ailələri Dayanışma və Yardımlaşma Dərnəyi, Anayasa Məhkəməsi Çalışanları, Dünya Çocuq və Gənclik Dərnəyi, Türk Dünyası Qadınları Dostluq və Dayanışma Dərnəyi, Türk Əqli Düşüncə Birliyi, Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi, Türk Ocaqları və s.) Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə verdikləri dəstək müraciətində yer alıb.
Müraciətdə qeyd olunub ki, Azərbaycanın tarixi torpaqları olan Qarabağ və ətraf əraziləri işğaldan qurtarmaq üçün kifayət qədər hərbi qüdrəti, düzgün və ədalətli siyasəti var: “Tarixi hərb meydanlarında qurub, mədəniyyət sahələrində yaşadan türklər Qarabağı da geri almaq gücündədir”.