Qazaxıstanın Aktau şəhərində görkəmli dombra ifaçısı və bəstəkar Murat Oskenbayulinin 120 illiyinə həsr olunan III Beynəlxalq xalq çalğı alətləri müsabiqəsi keçirilib.
Azərbaycan Milli Konservatoriyasının müəllimi, TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin solisti, kamança ifaçısı Pərviz Fərhadov müsabiqədə fəxri qonaq qismində iştirak edib.
O, müsabiqə çərçivəsində orkestrlə uğurlu ifasına görə təşkilat komitəsi tərəfindən diplom və mükafatla təltif olunub.
P.Fərhadov Qazaxıstanda xalq çalğı alətləri ilə birgə Azərbaycan musiqi əsərlərindən ibarət konsert verməklə bağlı təklif alıb.