Avstriyada yaşayan gənc bəstəkar Aria Torkanbouri Ermənistanın işğalçılıq siyasətinə qarşı Vətən müharibəsində rəşadətlə döyüşərək düşmənə sarsıdıcı zərbələr vuran müzəffər Azərbaycan Ordusuna ithaf olunan “Qarabağ marşı” adlı mahnı bəstələyib.

Şair Azəryar Danişvərin sözlərinə bəstələnmiş vətənpərvərlik ruhundakı mahnı Azərbaycan xalqının əzəli torpaqlarına – qədim Qarabağ yurduna qovuşmaq istəyini təcəssüm etdirir.

Gənc bəstəkar bildirib ki, son həftələrdə baş verən hadisələri yaxından izləyərkən xalqımızın və Ordumuzun qəlbən yanında olduğunu ifadə etmək və əsgərlərimizi yeni qələbələrə ruhlandırmaq üçün əsər bəstələmək qərarına gəlib. “Qarabağ marşı”nı Vyana Rixard Vaqner Konservatoriyasının tələbəsi Fərhad Soltani səsləndirib.

Simfonikorkestr üçünbəstələnmiş marş bumisralarlabitir:

Qarabağ Yurdumun ürəyidir,
Diləyixalqımındiləyidir.
Ayrılarmı könülcandan?
AyrılmazkiAzərbaycan
Qarabağdan, Qarabağdan, Qarabağdan!

“Qarabağ marşı”nı bu link vasitəsilə dinləmək mümkündür:

https://www.youtube.com/watch?feature=youtu.be&v=z1VGrRH6BX4&app=desktop