Məşhur türkiyəli aktrisa Bergüzar Korel də işğalçı Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terrora münasibətini özünün sosial şəbəkə səhifəsində açıqlayıb.
Sənətçi baş verənləri vəhşilik adlandıraraq yazıb: “Heç mərhəmət etmədən məsum, günahsız insanları, balaca uşaqları öldürmək... Bütün həyatlarını, xatirələrini, xəyallarını, gələcəyini o torpağın altına basdırmaq... Kəlmələrin bitdiyi yerdəyik. Allahım, bu günahsız insanların səslərini eşit... Qəlbim Azərbaycanın, Gəncənin, günahsız mülki şəxslərin və uşaqların yanındadır”.