Dünya şöhrətli Avstraliya və ABŞ aktyoru, rejissor, “Oskar” mükafatçısı Rassel Krou Qarabağ məsələsində Azərbaycana dəstəyini ifadə edərək, ölkəmizin ərazi bütövlüyünü təsdiq edən BMT qətnamələrinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Aktyor öz “İnstagram” hesabında türkiyəli həmkarları Cem Yılmaz, Yılmaz Ərdoğan və başqaları ilə birlikdə çəkilmiş fotolarını paylaşaraq yazıb: “Mən 30 il əvvəl olduğu kimi, indi də müharibəyə qarşıyam. Amma siyasətçilər də başa düşməlidirlər ki, BMT-nin qətnamələri kağız parçası deyil”.

Amerikalı aktyor və rejissor Mel Gibson isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə dəstək paylaşımı ilə gündəmə gəlib. Onun tarixi həqiqəti görməzdən gələn addımı Nizami Kino Mərkəzinin də haqlı etirazına səbəb olub. Nizami Kino Mərkəzindən bildirilib ki, bu paylaşım M.Gibsonun tarixi gerçəklər haqqında heç bir məlumatının olmadığını göstərir və işğala, terrorçuluğa dəstək deməkdir.

Nizami Kino Mərkəzi amerikalı aktyorun iştirakı ilə çəkilən filmlərin nümayişindən imtina edib.

LALƏ