Oktyabrın 26-da Kaliforniya ştatının San-Fransisko və Florida ştatının Mayami şəhərlərində ABŞ-ın Azərbaycan icması üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz və Azərbaycan Ordusuna dəstək aksiyaları keçiriblər. Aksiyalara ABŞ-ın müxtəlif bölgələrindən gələn həmyerlilərimiz qatılıb.
Aksiya iştirakçıları amerikalılara münaqişə ilə bağlı tarixi həqiqətləri çatdırıblar. İşğal altında olan torpaqların beynəlxalq səviyyədə tanınmış əzəli Azərbaycan torpağı olduğunu vurğulanıb.
Aksiya zamanı həmçinin Ermənistan silahlı qüvvələrinin Gəncəyə və digər yaşayış məntəqələrinə ballistik raket zərbələri haqqında məlumat verilib. San-Fransiskoda həmyerlilərimiz 23 metrlik Azərbaycan bayrağını dalğalandırıblar.
Eyni zamanda azərbaycanlı icmanın üzvləri İsrail, Pakistan, Türkiyə və Ukraynanın bayraqlarını qaldıraraq bu ölkələrə Azərbaycanı dəstəkləməsinə görə təşəkkürlərini bildiriblər.