Azərbaycan xalqı bu günlərdə taleyüklü, eyni zamanda qürurverici tarixə şahidlik edir. Bu şanlı tarixi döyüş meydanında qəhrəman əsgərlərimiz yazır.
Dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri Ordumuza mənəvi dəstək, xalqımızda vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə müxtəlif videoçarxlar hazırlayaraq paylaşırlar.
Şamaxı rayon Mərkəzi kitabxanası, Şamaxı Dövlət Rəsm Qalereyası və Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin paylaşdığı videoçarxlar Füzuli şəhərinin və Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsinə həsr olunub.
Bundan başqa, Ağsu rayon MKS-nin Uşaq şöbəsi və İsmayıllı rayon MKS-nin kənd kitabxana filialları da torpaqlarımızın bütövlüyü uğrunda canından keçməyə hazır olan igidlərimizə həsr olunmuş videopaylaşımlar ediblər.
NURƏDDİN