Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir. Layihənin növbəti tarixi siması görkəmli ədib, maarif xadimi Süleyman Sani Axundovdur.
Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində anadan olub. 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Təhsilini bitirdikdən sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib. 1906-cı ildə Azərbaycan müəllimlərinin I qurultayında iştirak edib. 1920-1921-ci illərdə Qarabağ vilayətinin Maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb. Ömrünün sonuna kimi ədəbi yaradıcılıqla bərabər pedaqoji fəaliyyətlə məşğul olub.
Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur.