Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Rauf Hacıyev adına 15 nömrəli onbirillik Uşaq musiqi məktəbi “Astana ulduzları” Beynəlxalq Festival Hərəkatının təşkilatçılığı ilə keçirilən I Beynəlxalq “Grand piano” onlayn müsabiqəsində təmsil olunub.

Məktəbin fortepiano ixtisası üzrə VI sinif şagirdi Samirə Cəfərli müsabiqədə uğurlu çıxış edərək Qran-pri mükafatına layiq görülüb.

Həmçinin məktəbin müəllimi, Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədova gənc nəslin musiqi və estetik tərbiyəsinə verdiyi töhfələrə görə təşəkkürnamə ilə mükafatlandırılıb.