Ağstafa rayonunda maraqlı bir park var. Bu parka gələn insanlar ölkəmizin bölgələrinə qısa müddətdə səyahət etmiş olur. Söhbət şəhər mərkəzindəki “Miniatür Azərbaycan parkı”ndan gedir.
Rayona gələn qonaqlar da unikallığı ilə seçilən bu parkla maraqlanır. Parkda ölkəmizin hər bir bölgəsinin məşhur tarixi abidəsi və tikililəri haqqında həm Azərbaycan, həm də ingilis dilində lövhələr quraşdırılıb. Parkda əzəli torpağımız Qarabağa da xüsusi yer ayrılıb. Burada Şuşa, Xankəndi və Ağdamdakı abidələrin maketləri quraşdırılıb.
Torpaqlarımızın işğaldan azad edildiyi bu günlərdə parka gələn insanlar burada maketləri olan Qarabağdakı abidələri öz gözləri ilə görmək arzusundadır.