17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci il noyabrın 17-də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına etiraz olaraq Bakıda fasiləsiz mitinqlər başlayıb. Mitinqlər ölkədə xalq hərəkatına təkan verib. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edilib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik edib.

“32 il əvvəl müstəqillik üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını da azadlığa qovuşdurdu” – deyə Mövlud Çavuşoğlu “Twitter”də Azərbaycanın Milli Dirçəliş Günü münasibətilə təbrik paylaşımında bildirib.

Paylaşımda daha sonra deyilir: “1988-ci ildə Bakıda qaldırılan bayraq bu gün işğaldan azad edilən torpaqlarda dalğalanır! Milli Dirçəliş Günün qutlu olsun, can Azərbaycan!”.