Aktiv xəstə sayı 21 mini ötüb

Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 17-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 79 158 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 56 894 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib, aktiv xəstə sayı 21 259 nəfərdir.

Ölkədə son sutka ərzində 13213, hazırkı dövrədək isə 1 536 434 test aparılıb.