Milli Azərbaycan Tarixi Muzeyinin “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” adlı layihəsi davam edir.

Muzeydən bildirilib ki, layihənin budəfəki iştirakçıları Vətən müharibəsində Qələbə qazanmış şanlı Ordumuzdan ilham alan “İdrak” liseyinin şagirdləri olub. İstedadlı şagirdlər muzeydə qorunan, Qarabağın mədəni irsini ehtiva edən eksponatların şəkillərini çəkiblər. Bu rəsm əsərləri onların Qarabağımıza töhfəsidir.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlının rəhbərliyi ilə həyata keçirilən layihənin məqsədi məktəblilərə tarixə dair yeni biliklər vermək, gələcəkdə peşə seçimlərinə kömək etməkdir.