F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı şəhəri 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin birgə layihəsi əsasında oxucular və dərnək üzvləri arasında keçirilən esse müsabiqəsinin nəticələri açıqlanıb.

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Xalqın keçdiyi irsi, mədəni səviyyəsi onun ana dilində öz əksini tapır. Müsabiqənin keçirilməsində əsas məqsəd –yaradıcı gənclər arasında milli-mənəvi dəyərləri, ana dilimizin zənginliyini, saflığını qorumağı təbliğ etmək, istedadları üzə çıxarmaq, onların tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirməkdir.

Onlayn müsabiqəyə iki yaş qrupu üzrə 110-a yaxın esse təqdim olunub.

Münsiflər heyətinin qərarına əsasən, 14-16 yaş qrupu üzrə 1-ci yerə Fidan Əzimzadə, 2-ci yerə Pəri Əliyeva, 3-cü yerə Ruşaniyyə Nizaməddinova layiq görüıüb

10-13 yaş qrupu üzrə 1-ci yeri Pınar Bünyatzadə, 2-ci yeri Aysu Aslanova, 3-cü yeri Hacı Şərifli qazanıb.

Digər iştirakçılara həvəsləndirici diplomlar verilib və kitablar hədiyyə edilib.