Türkiyənin “Alternatiftarih”, Misirin “Rayətu Misir Nyus”, “Nile Nyus”, “Asya əl-Yaum”, “Əl-Vasilə Nyus”, İraqın “İraq-Nyus”, Birləşmiş Ərəb Əmirliklərinin “Səda onlayn”, Mərakeşin “Banassa”, İsrailin “Aziz Nyus”, habelə rus dilində “Finkaa.ru”, “Azerros.com”, “Atalar.ru”, ispan dilində “Turaz.es” xəbər portalları Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı “Şuşa həqiqətləri” adlı sənədli videoçarxın yayımına başlayıb.

Tərcümə Mərkəzindən bildirilib ki, sənədli arxiv materialları əsasında yığılmış videoçarx Şuşanın qədim tarixindən, Rusiya və İran arasında bağlanmış Türkmənçay müqaviləsinin (1828) şərtlərinə uyğun olaraq Dağlıq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim mədəniyyət mərkəzi olan bu şəhərdə törətdikləri vəhşiliklərdən bəhs edir.

Misirin “Nile Nyus” informasiya portalının baş redaktoru Mahmud Diab “Şuşa həqiqətləri” videoçarxına istinadən Azərbaycanın qədim şəhəri haqqında geniş məqalə yazıb.