Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA teatrı Azərbaycan xalqının İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi münasibətilə növbəti sosial videoçarx hazırlayıb. Videoçarxda teatrın aktyor heyəti iştirak edib.

İkinci Qarabağ müharibəsi başlayan gündən vətənpərvərlik ruhlu layihələr həyata keçirən ƏSA Teatrının kollektivi budəfəki videoçarx vasitəsilə şanlı qələbəmizin əsas qəhrəmanı olan hərbçilərimizə və Ali Baş Komandana, eləcə də bu zəfərdə əməyi olan bütün vətəndaşlarımıza –həkimlərə, jurnalistlərə, polislərə təşəkkür edərək, qələbə sevincini bölüşüb.