Qazaxıstanın görkəmli şair və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibətilə Sankt-Peterburqdakı Rusiya Milli Kitabxanasında “Abay” adlı mədəniyyət mərkəzi öz işinə başlayıb.
Layihə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi və Nur-Sultan şəhərinin Milli Akademik Kitabxanasının dəstəyi ilə reallaşıb.
Mərkəzdə Abay Kunanbayevin kitabları və haqqında çap olunan nəşrlər oxucuların ixtiyarına verilib. Burada hər bir ziyarətçi şairin həyat və yaradıcılığı haqqında materialları əldə edə, onun əlyazmaları və yazdığı kitabların xarici dillərdəki nəşrlərinə baxa bilər, eyni zamanda müxtəlif filoloqların tədqiqat işləri ilə tanış ola bilərlər.