Hörmətli oxucularımız yəqin ilk dəfədir belə xəstəlik adlarına rast gəlirlər. Bilirəm, kimlərsə bu xəstəliklərin, ümumiyyətlə, tibbi ədəbiyyatlarda əksini tapmadığını iddia edəcək. Təəssüf ki, “pozan” və “mişardaşı” xəstəlikləri mövcuddur. Bu gün dünyada qeydə alınmayan o qədər dərd-azar var ki...
“Pozan” qədim olsa da, “mişardaşı” mərəzi yenidir. Xəstəliklərin əsas xüsusiyyətlərindən söz açmazdan öncə dəyərli qarelərimizə ərz edim ki, şair Hüseyn Bağıroğlunun yeni qələmə aldığı “Sən niyə beləsən?” şeirini oxudum və dostumun çətin suallar içində necə sıxıldığını hiss elədim:
Özünə ən qədim millət deyirsən,
Özün də bilirsən millət deyilsən.
Döydüm deyəcəksən min yol döyülsən,
Sən niyə beləsən, belə, erməni?!
Dənizdən dənizə ölkən olmayıb,
O dayaz ağlını ölçən olmayıb,
Ay yazıq, sənin heç kölgən olmayıb,
Sən niyə beləsən, belə, erməni?!
Şairin narahatlığını yüngülləşdirməyə qərar verdim və bu yazı yarandı...
“Mişardaşı” xəstəliyi dünyada ilk dəfə 1990-cı illərin əvvəlində Cənubi Qafqaz regionunda, dəqiq desək, ermənilərdə aşkar edilib. Əslində, özlərini dünyanın “ən qədim” xalqı hesab edənlərin çoxsaylı spesifik xəstəlikləri bəlli olsa da, nədənsə indiyəcən onları qeydiyyata almaq istəməyiblər. Bəri başdan deyim ki, adıçəkilən xəstəliklər mövsümi və yoluxucu xarakter daşımır. Bunlar genetik xəstəliklərdir və nə yazıq ki, müalicəsi yoxdur.
Ermənilərdə “mişardaşı” mərəzinin nəzərəçarpacaq simptomları onların 27-28 il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal etdikləri zaman üzə çıxdı. Havadarlarının iştirakı ilə dinc, köməksiz insanları isti ocağından didərgin saldıqdan sonra şəhər, qəsəbə və kəndlərimizi viranəyə çevirməyə başladılar. İşğal dövrünün ilk illəri bu xəstəliyin çox şiddətli mərhələsi olub. Xalqımızın dişiylə, dırnağıyla qurub-yaratdığı ev-eşiyi, yardımçı tikililəri, habelə ulularımızın bizlərə əmanəti olan yaşı əsrlərlə ölçülən mədəniyyət abidələrini yerlə yeksan ediblər.
İşğal etdikləri yaşayış məntəqələrimizə yerləşdirməyə adam tapmayan bədnam qonşularımız evlərin inşasında istifadə etdiyimiz mişardaşını özlərinin “səadət payı” biliblər. Əzəli yurd yerlərimizə məqsədli köçürülüb yerli sakinləri mərhələli şəkildə pərən-pərən salandan sonra “kompakt” yaşadıqları ərazilərdə bu daşlar hesabına dəm-dəsgah qurmağa çalışıblar.
Ermənilərin vandalizm əməlləri sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun azad etdiyi yaşayış məntəqələrində indi daha aydın görünür. Yaşayış evlərinin divarlarında əsasən künclərə hörülmüş mişardaşları tamamilə sökülüb. Həmin daşların xüsusilə Xocavənd rayonunun işğaldan azad edilmiş kəndlərində istifadə edildiyini görürük. 44 günlük Vətən müharibəmiz “mişardaşı” xəstəliyinin ermənilərə bir fayda gətirmədiyini sübut etdi. Çünki atalarımız demişkən, özgə atına minən tez düşər...
“Pozan” xəstəliyini isə qısaca belə xarakterizə etmək olar: sənə aid olmayan əşya, abidə və simvolları müxtəlif vasitələrlə silərək sahiblənmək. İki əsrdən çox müddətdə simptomları açıq-aşkar bilinsə də, ermənilərin bu xəstəliyi də ədəbiyyatlarda əksini tapmayıb. “Pozan” daha çox qədim tarixi-mədəni mirasa münasibətdə özünü göstərir. Ermənilər köçürüldükləri əzəli Azərbaycan torpaqlarındakı tarix yadigarlarının kitabələri üzərində əməliyyat apararaq qondarma simvollarını yerləşdirirlər. Əməliyyat effektsiz olanda isə vandalizm və talançılıq yolunu seçirlər. Düşünürlər ki, öz əlifbaları və xaç işarəsi onları xilas edəcək. Əbəsdir. Əminəm ki, “Pozan” mərəzi də ermənilərin dadına yetmədiyi kimi, bundan sonra da uğursuzluqla nəticələnəcək. Zaman hər şeyi yerbəyer edir...
Birdən oxucular elə başa düşərlər ki, mən ermənilərin əbədiyyən bu xəstəliklərdən əziyyət çəkmələrini istəyirəm. Əsla. Onlar şəfa tapmadıqca bizlərə də rahatlıq yoxdur. Onu da bilirəm ki, onların bu mərəzləri, Cavid əfəndi demişkən, qanla gəlib, ruhla çıxan əlacsız dərddir.
Belə xəstəliklərin daşıyıcıları ilə yanaşı yaşamaq hər zaman ayıq-sayıqlıq, sarsılmaz güc və onlara yerlərini göstərmək üçün “dəmir yumruq” tələb edir...
Fariz YUNİSLİ