Azərbaycan

1 yanvar 1937 – Görkəmli aktyor, Xalq artisti Eldəniz Məmməd oğlu Zeynalov (1937 – 5.11.2001) anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Ömrün səhifələri”, “Yol əhvalatı” və s. filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

1 yanvar 1947 – Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev; 1947 – 3.6.2006)  Ağsu rayonunda doğulub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə (“Qatır Məmməd”, “Üzeyir ömrü” və s.), televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (2001-2005) olub.

 

2 yanvar 1944 – Əməkdar artist Qurban Məmiş oğlu Abbasov (1944-1998) anadan olub. Gəncə Dövlət Dram Teatrında çalışıb.

2 yanvar 1945 – Görkəmli teatr və kino aktyoru, Əməkdar artist Səməndər Mənsim oğlu Rzayev (1945 – 27.3.1986) Ağsuda anadan olub. Milli Dram Teatrında çalışıb. “Nəsimi”, “Babək”, “Bağ mövsümü” və s. filmlərdə, televiziya tamaşalarında çəkilib, filmlərin dublyajında iştirak edib. Radioda “Bulaq” verilişinin aparıcısı olub.

 

3 yanvar 1907 – Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 – 27.6.1985) anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyib, konservatoriyanın nəzdində musiqi məktəbinin (hazırda Bülbül adına məktəb) direktoru olub.

3 yanvar 1944 – Əməkdar rəssam Arif Qəndi oğlu İsmayılov (1944 – 9.10.2014) anadan olub.

 

4 yanvar 1932 – Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869 – 1932) vəfat edib. Realist hekayələri, povestləri, dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”, “Ölülər”) ilə Azərbaycan ədəbiyyatına töhfələr verib. 1906–1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

4 yanvar 1946 – Satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə; 1878-1946) vəfat edib.

4 yanvar 1946 – Xalq artisti Rafael Məlik oğlu Dadaşov (1946 – 16.3.2020) Zaqatalada doğulub. Akademik Milli Dram Teatrının səhnəsində, filmlərdə (“Bəxt üzüyü”, “Mənim ağ şəhərim”), televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.

4 yanvar 1983 – Tanınmış rəssam İbrahim Səfi (İbrahim Qafar oğlu Səfiyev; 1898-1983) İstanbulda vəfat edib. Naxçıvanda doğulub. Türkiyədə yaşayıb-yaradıb.

4 yanvar 2000 – Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 28.2.1918 – 2000) vəfat edib. 1938-ci ildən Akademik Dram Teatrında çıxış edib. “Şərikli çörək”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

 

5 yanvar 1884 – Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 - 1.4.1954) Şuşada doğulub. Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda qadın rollarını (o cümlədən “Leyli və Məcnun”da Leyli) oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.

5 yanvar 1887 – Tarzən, Əməkdar incəsənət xadimi Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887 – 30.6.1967) аnаdаn оlub.

5 yanvar 1924 – Azərbaycanın ilk epiqrafçı qadın alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü  Məşədixanım Sədulla qızı Nemətova (1924 – 26.12.2016) Bakıda anadan olub.

5 yanvar 1927 – Yazıçı Əlfi Səhlik oğlu Qаsımоv (1927 – 12.3.1985) Ağdam rayonunun Poladlı kəndində anadan olub. “Toy gecəsi”, “Adilənin taleyi”, “Məni qınamayın”, “Qızburunda tək məzar” və s. roman və povestlərin müəllifidir.

 

6 yanvar 1907 – SSRİ Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 1907 – 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub. Akademik Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. “Səbuhi” (Mirzə Fətəli), “Qatır Məmməd” (Fətəli xan Xoyski) və s. filmlərdə çəkilib.

6 yanvar 1914 – Əməkdar artist Nəcibə Məcid qızı Behbudova (1914-1999) Tiflisdə anadan olub. Tiflis Azərbaycan teatrında, Musiqili Komediya Teatrında çalışıb, filmlərə çəkilib.

6 yanvar 1938 – Görkəmli şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5.6.1908 – 1938) dünyasını dəyişib. Repressiya qurbanı olan şair pantürkizm və millətçilikdə ittiham edilərək güllələnib.

6 yanvar 1962 – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (25.11.1901 – 1962) vəfat edib. Həştərxanda doğulub, 1920-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

 

7 yanvar 1919 – Əməkdar mədəniyyət işçisi, kinooperator, rejissor Vladimir Yevgenyeviç Konyagin (1919-2002) anadan olub. “Azərbaycanfilm”də 100-dək sənədli film çəkib, Dövlət mükafatına layiq görülüb.

 

8 yanvar 1903 – Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə; 1903-1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub. 1922-ci ildən Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1925-ci ildə Bakıya gəlib və Akademik Dram Teatrında işləməyə başlayıb. Repressiya qurbanı olub. 

8 yanvar 1920 – Xalq artisti Leyla Ağalar qızı Bədirbəyli (1920 – 23.11.1999) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, “Arşın mal alan” (1945), “Görüş”, “Onun böyük ürəyi” və s. filmlərdə çəkilib. Azərbaycan və SSRİ Dövlət mükafatına layiq görülüb.

 

9 yanvar 1936 – Əməkdar rəssam, heykəltəraş Asim Rzaqulu oğlu Quliyev (1936 – 25.5.2012) Bakıda doğulub.

9 yanvar 1991 – “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova (1961-1991) Laçın rayonunda erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

9 yanvar 2016 – Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (21.1.1950 – 2016) vəfat edib. Milli Məclisin deputatı (1995-2005), Azərbaycan Aşıqlar Birliyinin sədri (2008-2016) olub.

 

Dünya

1 yanvar 1919 – Amerika yazıçısı Cerom Devid Selincer (Jerome David Salinger; 1919-2010) anadan olub.

 

2 yanvar 1943 – Türk musiqiçisi, bəstəkar Barış Manço (1943 – 1.2.1999) anadan olub.

 

3 yanvar 1929 – İtalyan kinorejissoru Serco Leone (Sergio Leone; 1929-1989) anadan olub.

 

4 yanvar 1960 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus; 7.11.1913 – 1960) avtomobil qəzasında həlak olub.

 

5 yanvar 1921 – İsveçrə yazıçı-dramaturqu Fridrix Dürrenmatt (Friedrich Josef Dürrenmatt; 1921-1990) anadan olub.

 

6 yanvar 1872 – Rus bəstəkarı Aleksandr Nikolayeviç Skryabin (1872 – 27.4.1915) anadan olub.

 

7 yanvar 1925 – İngilis yazıçısı Cerald Darrel (Gerald Malcolm Durrell;  1925-1995) anadan olub.

 

8 yanvar 1935 – Amerika müğənnisi, aktyor Elvis Presli (Elvis Aaron Presley; 1935 – 16.8.1977) anadan olub.

 

9 yanvar 1890 – Çex yazıçı-dramaturqu Karel Çapek (Karel Capek; 1890-1938) anadan olub.

Hazırladı:  Vüqar ORXAN