Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Oğuz rayon Sincan kənd kitabxanasının müdiri Ramiyyə Əzizovanın təşəbbüsü ilə Vətən müharibəsi şəhidi Elşən Rövşən oğlu Nurullayevin ailəsi ilə görüş təşkil olunub.

Zaqatala rayon MKS-nin təşkilatçılığı ilə “Hər bir azərbaycanlı üçün birlik, bərabərlik” mövzusunda vebinar keçirilib.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Xocavənd rayon Mədəniyyət evinin kollektivi torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin məzarını ziyarət ediblər.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon mədəniyyət işçiləri rayon Şəhidlər xiyabanını ziyarət ediblər. Heydər Əliyev Mərkəzinin bədii qiraət dərnəyinin üzvləri şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

***

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ucar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi qazisi Səhrab Rafiq oğlu Nəbiyevi ziyarət ediblər.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yeni Güdəcühür qəsəbə Klub-İcma Mərkəzinin kollektivi dahi şair və mütəfəkkir Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirib. Mərkəzin müdiri Səbinə İsmayılova böyük şairin həyat və yaradıcılığından danışıb.

***

Masallı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Cəlilabad rayonundakı mədəniyyət müəssisələrinin əməkdaşları Vətən müharibəsi qaziləri Nicat Seyfullazadə, Hüseyn Məmmədov və Teymur Mirzəyevi ziyarət ediblər.

Cəlilabad rayonu Bayxanlı kənd mədəniyyət müəssisəsinin əməkdaşları rayonun Şərbətli kənd sakini şəhid Rəvan Məmmədovun ailəsini ziyarət ediblər. Rayonun Moranlı kəndindəki mədəniyyət müəssisəsinin işçiləri isə şəhid Xalid Qasımovun ailəsinə baş çəkiblər. Mədəniyyət işçiləri hər iki ailəyə maddi yardım göstərib, qayğıları ilə maraqlanıblar.

***

Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Yevlax şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Sarayı “Yevlax şəhidləri” adlı videoçarx hazırlayıb.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Dövlət Rəsm Qalereyasının kollektivi Vətən müharibəsində Şuşa şəhəri uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Rusif Asim oğlu Quliyevin ailəsini ziyarət edib. Qəhrəman döyüşçünün yadigarı – körpə qız Təranəyə sovqat təqdim olunub.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Uşaq şöbəsi “Tarixin qəhrəmanlıq nümunəsi – Gəncə hökmdarı Cavad xan” başlığı altında onlayn söhbət keçirib.

Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin baş fond mühafizləri və elmi işçilərinin iştirakı ilə “Birliyimiz diriliyimizdir” mövzusunda onlayn konfrans keçirilib.

***

Lənkəran Regional Mədəniyyət İdarəsi Oqtay Kazımi adına Astara şəhər Uşaq musiqi məktəbinin şagirdi Aysu Mustafazadə (piano) Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının 40 illiyinə həsr olunmuş akademik, xalq və caz musiqisi ifaçılarının videoyazılar əsasında birinci beynəlxalq müsabiqəsində I dərəcəli laureat adına layiq görülüb.

NURƏDDİN