Azərbaycan
12 yanvar 1908 (yeni təqvimlə 25 yanvar) – Üzeyir Hacıbəylinin Məhəmməd Füzulinin poeması əsasında yazdığı “Leyli və Məcnun” operası Bakıda tamaşaya qoyulub. Bu, müsəlman Şərqində yaranan ilk opera idi.
12 yanvar 1928 – Ədəbiyyatşünas və sənətşünas, professor Gülrux Sabir qızı Əlibəyli (1928 – 15.2.2016) anadan olub.
12 yanvar 1940 – Xalq artisti, mahir klarnet ifaçısı Vəli Nurbala oğlu Qədimov (1940 – 15.4.2009) Bakıda anadan olub.
13 yanvar 1897 – Dövlət xadimi, publisist, alim Ruhulla Əli oğlu Axundov (1897 – 1.4.1938) Bakının Şüvəlan kəndində doğulub. Azərbaycan Kommunist Partiyasının 1-ci katibi (1925-1926) işləyib.
13 yanvar 1909 – Tanınmış tarzən, xanəndə Şirulla İmanov (1909 – 4.2.1976) Bakıda doğulub.
13 yanvar 1912 – Əməkdar artist, vokalçı Hacıbala Ağahüseyn oğlu Hüseynov (1912-1967) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub.
13 yanvar 1999 – Xalq artisti Barat Həbib qızı Şəkinskaya (28.6.1914 – 1999) vəfat edib. Akademik Milli Dram Teatrında, Gəncə teatrında çalışıb, filmlərdə maraqlı obrazlar yaradıb.
13 yanvar 2003 – Xalq artisti Mirzə Əbdülcabbar oğlu Babayev (16.7.1913 – 2003) vəfat edib.
14 yanvar 1923 – Görkəmli teatr rejissoru, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Səməd Mənsur oğlu Kazımov (1923 – 2.8.1980) Bakıda doğulub. Gənc Tamaşaçılar, Musiqili Komediya teatrlarında tamaşalar hazırlayıb. Akademik Milli Dram Teatrının baş rejissoru olub.
14 yanvar 1952 – Şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 25.3.1907 – 1952) Türkiyənin Elazığ şəhərində dünyasını dəyişib.
15 yanvar 1904 – Əməkdar artist Cabbar Əli oğlu Əliyev (1904-1973) Naxçıvanda doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.
15 yanvar 1907 – Aktyor, dramaturq, Əməkdar artist Məcid Baba oğlu Şamxalov (1907-1977) anadan olub. “Qayınana” komediyasının müəllifidir.
15 yanvar 1914 – Yazıçı Ənvər Yusif oğlu Qasımov (1914-1989) Yevlax rayonunda anadan olub.
15 yanvar 1936 – Yazıçı-publisist, tərcüməçi Vaqif Musa (Vaqif Məmmədyusif oğlu Musayev; 1936-1996) Quba rayonunun Rustov kəndində anadan olub
16 yanvar 1905 – Yazıçı Üm-əl-Banin (Ümmülbanu Mirzə qızı Əsədullayeva; 1905-1994) anadan olub. Neft milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsidir. Azərbaycanın sovetləşməsindən sonra ailəsi ilə Fransaya mühacirət edib, fransız dilində yazıb.
16 yanvar 1944 – Tanınmış ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Mirsaleh oğlu Məmmədov (1944 – 20.4.1991) Şəki rayonunun Kiş kəndində doğulub.
Dünya
12 yanvar 1628 – Fransız yazıçısı Şarl Perro (Charles Perrault; 1628-1703) anadan olub. Əsərləri: “Çəkməli pişik”, “Zoluşka” və s.
12 yanvar 1876 – Amerika yazıçısı Cek London (Jack London – John Griffith Chaney; 1876 – 22.11.1916) San-Fransiskoda doğulub. “Martin İden”, “Dəmir daban”, «Dəniz canavarı» və s. romanların müəllifidir.
12 yanvar 1910 – Alman aktrisası, iki dəfə “Oskar” laureatı Luiza Rayner (Luise Rainer; 1910 – 30.12.2014) Vyanada anadan olub.
13 yanvar 1931 – Rus yazıçısı Arkadi Aleksandroviç Vayner (1931-2005) anadan olub.
14 yanvar 1818 – Fin yazıçısı və şairi Zaxarias Topelius (1818-1898) anadan olub.
14 yanvar 1895 – Başqırd ədəbiyyatının banilərindən şair Şeyxzadə Babiç (1895-1919) anadan olub.
15 yanvar 1622 – Fransız dramaturqu Jan-Batist Molyer (Jean Baptiste Poquelin; 1622 – 17.2.1673) anadan olub.
15 yanvar 1795 – Rus şairi, dramaturq, diplomat Aleksandr Sergeyeviç Qriboyedov (1795 – 11.2.1829) anadan olub.
15 yanvar 1850 – Rumın ədəbiyyatının klassiki, şair Mixay Eminesku (Mihai Eminescu; 1850 – 15.6.1889) anadan olub.
15 yanvar 1902 – Türk şairi, dramaturq Nazim Hikmət (1902 – 3.6.1963) anadan olub. Şairin «Məhəbbət əfsanəsi» pyesinin motivləri əsasında bəstəkar Arif Məlikov balet yazıb.
16 yanvar 1749 – İtalyan şairi və dramaturqu Vittorio Alfieri (1749-1803) anadan olub.
Hazırladı: Vüqar ORXAN