Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə yanvarın 14-də saat 20:00-da bölgələrdə yaşayan rəssamlarla onlayn görüş keçiriləcək.

Qalereyadan bildirilib ki, qurumun rəhbəri Qalib Qasımovun iştirakı ilə reallaşacaq görüş yerlərdə yaşayıb-yaradan rəssamların əlaqələrini inkişaf etdirmək, onların tanınması və yaradıcılıq mübadiləsi üçün əlavə zəmin yaratmaq, rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə həyata keçirilir. Layihə həmçinin rəssamların mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrinin sıxlaşması və regionlarda rəssamlıq işinin keyfiyyətinin artırılmasına vəsilə olacaq.

Qeyd edək ki, onlayn görüş “Zoom” proqramı vasitəsilə gerçəkləşəcək.