Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvarın 14-nə olan məlumatına görə,  Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 380 yeni yoluxma faktı qeydə alınıb, 1159 nəfər müalicə olunaraq sağalıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 226 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 279 nəfər müalicə olunaraq sağalıb, 2 971 nəfər vəfat edib, aktiv xəstə sayı 9 950 nəfərdir.

Qeyd edək ki, dekabrın 14-də sərtləşdirilmiş karantin rejiminin tətbiqindən sonra həm  koronavirusa yoluxma sayında, həm də aktiv xəstə və ölüm sayında nəzərəçarpacaq azalma davam etməkdədir. Dekabrın ortalarında aktiv xəstə sayı 62 mini keçmişdi, gündəlik yoluxma və ölüm sayı isə müvafiq olaraq 4 minə yaxın və 40-50 nəfər idi.

Qonşu ölkələrdə (Rusiya, Türkiyə) koronavirusa qarşı peyvəndləmə başlayıb. Yaxın günlərdə Azərbaycanda da bununla bağlı qərarın veriləcəyi gözlənilir.