Gənc videoqraflar üçün “İrs dəqiqələri” adlı qısa videolar müsabiqəsi elan olunub. Müsabiqəyə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin və ya müsəlmanların azlıqda yaşadığı ölkələrin vətəndaşları qatıla bilər. Mövzu İslam memarlığıdır.
Video İslam Əməkdaşlıq Təşkilatının rəsmi dillərindən (ərəb, ingilis, yaxud fransız) birində hazırlanmalıdır. İngiliscə altyazı mütləqdir.
Müraciətlər müsabiqənin konsepsiyasına, İslam irsinin roluna və onun qlobal mədəniyyətə və sivilizasiyaya verdiyi töhfələrə uyğun olmalıdır.
Yekun nəticə tam elan olunana qədər təqdimatlar digər müsabiqə və ya qurumlarla paylaşıla, onlara təqdim edilə bilməz.
Birinci yerin qalibinə pul mükafatı veriləcək. Qaliblərə “Aljazeera Media Network” və “TRT World” tərəfindən staj keçmək imkanı yaradılacaq.