AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

Jurnalın bu nömrəsi rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsindəki Qələbəsinə həsr olunub.

Jurnalda həmçinin ötən il 175 illiyi qeyd olunan görkəmli qazax ədibi Abay Kunanbayevin həyat və yaradıcılığına dair elmi məqalələrlə tanış olmaq mümkündür.

Nəşrdəki elmi məqalələr sırasında görkəmli şərqşünas alim Aida İmanquliyevanın fəlsəfəsində qadın hüquqları və gender multikulturallığı, S.C.Pişəvərinin İran Xalq Partiyasına üzvlüyü, “Munisnamə”də adları çəkilən bəzi sufilər, Həsən Məcidzadə Savalanın əsərlərində xalq adət və ənənələrinin əksi, İslam dünyasında fəlsəfi məktəblər və digər məsələlər barədə yazılar da yer alır.