Yanvarın 27-dən 31-dək 200-ə yaxın ölkədə təşkil ediləcək internet oyun yaradıcıları müsabiqə-təqdimatı – “Global Game Jam” Azərbaycanda da baş tutacaq.

“Global Game Jam” pandemiya səbəbindən onlayn keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünya ilə əlaqələndirməkdir.

Azərbaycanda ilk dəfə “Global Game Jam” onlayn təşkil ediləcək. Bütün oyun yaratmağa həvəsli proqramçılar, rəssamlar, UI/UX dizaynerlər, 3D modelçilər, səs və vizual effekt peşəkarları “GGJ Azerbaijan”a dəvətlidir.

İştirakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Müsabiqə mövzusu bütün dünyada eyni vaxtda elan olunacaq. Bütün iştirakçılar dəyərli hədiyyələr və sərhədsiz təcrübə əldə edəcəklər.

Tədbir “Game Tech Azerbaijan”ın təşkilatçılığı, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SUP VC, Next Step İnnovasiya mərkəzi , “Kreativ Azərbaycan” və “Mad Rooster” şirkətlərinin dəstəyi ilə həyata keçiriləcək.

Qeydiyyatdan keçmək üçün https://globalgamejam.org/user/signup/to/participate/using ünvanına daxil olmaq lazımdır.