Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə yanvarın 20-də saat 18:00-da 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Şanlı tarix” adlı virtual sərgi açılacaq.
Qalereyadan bildirilib ki, sərgi xalqımızın qəhrəmanlıq salnaməsi, milli məfkurəmizin oyanışı, imperiya buxovundan qurtulmaq istəyən xalqın azadlıq səsini ucaltdığı tariximi məqamı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirən Vətən övladlarının rəşadəti və faciələrini diqqətə çatdırmaq məqsədilə təşkil olunacaq.
Virtual sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasından Faiq Əhmədov, Əyyub Hüseynov, Rafael Muradov, Nazim Rəhmanov, Vaqif Hüseynovun 20 Yanvar faciəsinə həsr olunmuş əsərləri nümayiş etdiriləcək.
Virtual sərgini qalereyanın sosial media hesabları vasitəsilə izləmək mümkündür.