Bölgələrdəki mədəniyyət müəssisələrində 20 Yanvarla bağlı tədbirlər

Tariximizə hüzn və milli qürur günü kimi yazılan 1990-cı ilin 20 yanvar faciəsindən 31 il ötdü. Bu il pandemiya səbəbindən anım mərasimləri müəyyən məhdudiyyətlərlə gerçəkləşdi. Bölgələrdəki mədəniyyət müəssisələri də 20 Yanvar şəhidlərini əsasən onlayn tədbirlərlə yad etdilər.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı rayon Heydər Əliyev Mərkəzi “Azadlığa aparan yol” mövzusunda videokonfrans keçirib. Bundan əlavə, Şamaxı rayon Mədəniyyət Mərkəzi, M.Ə.Sabirin Ev-Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, İncəsənət Təhsili Mərkəzi tərəfindən 20 Yanvarla bağlı videoçarxlar nümayiş etdirilib, kitab və rəsm sərgiləri təşkil olunub.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Şəhidlik zirvəsi” adlı anım tədbiri keçirilib. Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə “Müstəqilliyə aparan yol” mövzusunda videokonfrans keçirilib.

Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Qanla yazılan tariximiz” adlı videokonfrans keçirilib. MKS-nin Qorxmazoba, Ərməki, Dəlləkli, Xanagah və Küsnət kənd kitabxana filialları 20 Yanvar faciəsi ilə əlaqədar videoçarxlar hazırlayıb.

Siyəzən rayon Mədəniyyət Mərkəzi də faciənin 31-ci ildönümü münasibətilə videokonfrans təşkil edib.

***

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının birgə təşkilatçılığı ilə faciənin ildönümünə həsr olunan vebinar keçirilib.

Balakən və Zaqatala rayon Heydər Əliyev mərkəzləri birgə “20 Yanvar – azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi” adlı videokonfrans təşkil edib. Zaqatala MKS də videokonfrans keçirib.

Oğuz rayon Mərkəzi kitabxanasının əməkdaşları və fəal oxucuları Oğuzdakı Şəhidlər xiyabanını ziyarət ediblər.

Qax MKS-nin təşkilatçılığı ilə “Azadlıq çarçıları” adlı onlayn tədbir gerçəkləşib.

***

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvarın 31-ci ildönümünə həsr olunan onlayn məşğələ keçirilib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon MKS “20 Yanvar - azadlığa gedən yol” mövzusunda onlayn tədbir keçirib.

Qazax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin pedaqoji kollektivi videokonfrans təşkil edib. Qazax Dövlət Rəsm Qalereyası, Qazax Tarix-Diyarşünaslıq Muzeyi  və M.V.Vidadi Muzeyinin iştirakı ilə “Qan yaddaşımız” adlı tədbir keçirilib.

Tovuz MKS-nin Qaraxanlı və Xatınlı kənd kitabxana filialının əməkdaşları Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş Rövşən Novruz oğlu Vəlixanovun ailəsini ziyarət ediblər.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin 2 nömrəli şəhər kitabxana filialı “Yaddaşlarda iz qoyan gecə” adlı videoçarx hazırlayıb.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Uşaq şöbəsi “Qanla yazılan tarix” adlı onlayn ədəbi-bədii kompozisiya nümayiş etdirib. MKS-nin 16 nömrəli kitabxana filialı “Qürür və şərəf günümüz” mövzusunda onlayn şeir saatı təşkil edib. 11 saylı kitabxana filialı Gəncə şəhər 20 nömrəli tam orta məktəb və şəhərdə yerləşən Laçın rayon Çaylı kənd orta məktəbin şagirdləri ilə birlikdə “20 Yanvar - tarixin silinməyən qan yaddaşı” başlığı altında anım mərasimi keçirib.

Samux rayon Mədəniyyət Mərkəzi Qiyaslı kənd klubunun əməkdaşları ilə birlikdə faciənin ildönümü ilə bağlı onlayn tədbir keçirib.

Goranboy Dövlət Rəsm Qalereyasında “20 Yanvar fotofaktların gözü ilə” adlı sərgi nümayiş olunub. Goranboy rayon Mərkəzi kitabxanası “20 Yanvar milli faciəmiz və qəhrəmanlıq günümüzdür” adlı onlayn tədbir təşkil edib.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi Ağcabədi şəhərindəki 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

***

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzinin, Ombudsmanın Cəlilabad regional mərkəzi, Samux, Zərdab və Yardımlı rayon Heydər Əliyev mərkəzləri, YAP Astara rayon təşkilatı, Astara Gənclər və idman idarəsi və şəhər 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “20 Yanvar azadlıq uğrunda mübarizənin rəmzidir” mövzusunda videokonfrans keçirilib.

Nurəddin MƏMMƏDLİ