C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Sabunçu rayon Gənclər evi və gənc oxucu qrupları ilə birgə 2 fevral - Gənclər Günü münasibətilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir gəncliyə qayğı və diqqəti” başlığı altında onlayn tədbir keçirib.

Kitabxananın Xarici ədəbiyyat şöbəsinin müdiri Nübar Cəlilova çıxış edərək gənclərin uğurlarından, Prezident İlham Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğıdan söz açıb.

Sabunçu Gənclər evinin rəhbəri Samir Mehrəliyev müəssisənin fəaliyyətlərindən, gənclərlə birlikdə həyata keçirilən layihələrin təşkilindən bəhs edib.

Çıxışlarda İkinci Qarabağ müharibəsində bizə böyük Zəfər sevinci yaşadan şəhid və qazilərimiz də unudulmayıb. Vətən uğrunda fədakarlıq göstərən qəhrəman oğulların gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.

Sonda təşkilatçılar gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, mütaliənin və asudə vaxtın təşkilində, özünüinkişaf proqramlarında daim onlara yardımçı olacaqlarını bildiriblər.